Sabah "Bank Standard"dakı əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır

Sabah "Bank Standard"dakı əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır İlkin mərhələdə 20 min dollaradək məbləğdə olan qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək
Maliyyə
10 Oktyabr , 2016 18:15
Sabah Bank Standarddakı əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır

Bakı. 10 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə lisenziyası ləğv edilmiş "Bank Standard" QSC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə oktyabrın 11-də saat 10:00-dan etibarən başlanılacaq.

"Report"un MBNP-yə istinadən verdiyi xəbərə görə, "Bank Standard"ın əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən ilkin mərhələdə 20 min ABŞ dolları məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qorunan əmanətlər öz valyutasında ödəniləcək. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda (həm milli, həm də xarici valyutalarda), kompensasiya qanunvericiliyə müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (4 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq manatda ödənilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bubarədə MBNP və ƏSF ictimaiyyəti əlavə məlumatlandıracaq.

Kompensasiyaların ödənişi "Bank Standard" QSC-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçiriləcək.

Bankda qorunan əmanətlərin hamısı tam şəkildə ƏSF tərəfindən ödəniləcək. Əmanəti qorunan əmanətçilər bir il ərzində istənilən vaxtı müraciət edərək kompensasiyalarını ala bilərlər. 

Son xəbərlər

Orphus sistemi