​Sabah Azərbaycan Beynəlxalq Bankı Müşahidə Şurasının iclası olacaq

​Sabah Azərbaycan Beynəlxalq Bankı Müşahidə Şurasının iclası olacaq ABB-nin səmdarlarının ümumi yığıncağı daha sonra keçiriləcək
Maliyyə
2 İyul , 2015 12:57
​Sabah Azərbaycan Beynəlxalq Bankı Müşahidə Şurasının iclası olacaq

Bakı. 2 iyul. REPORT.AZ/ İyulun 3-də Azərbaycan Beynəlxalq Bankı (ABB) Müşahidə Şurasının növbəti iclası keçiriləcək. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə nazirinin müavini, Bankın Müşahidə Şurasının sədri Azər Bayramov deyib.

Onun sözlərinə görə, ABB-nin səmdarlarının ümumi yığıncağının isə daha sonra keçirilməsi gözlənilir.

Nazir müavini bildirib ki, İdarə Heyərinin sədri vəzifəsinə təyinatla bağlı qərar isə qəbul olunandan həmən sonra mətbuata açıqlama veriləcək.

Növbəti yığıncaqda, həmçinin ABB-də dövlət payının özəlləşdirilməsi ilə bağlı da müəyyən qərarlar gözlənilir.

Son xəbərlər

Orphus sistemi