​S&P Türkiyənin kredit reytinqini aşağı saldı

​S&P Türkiyənin kredit reytinqini aşağı saldı Agentlik "BB+" reytinq dərəcəsini və mənfi proqnozunu isə dəyişməyib
Maliyyə
11 May , 2015 10:32
​S&P Türkiyənin kredit reytinqini aşağı saldı

Bakı. 11 may. REPORT.AZ/ Standart&Poor's beynəlxalq kredit reytinq agentliyi Türkiyənin milli valyutada "BBB" olan kredit reytinqini "BBB-" endirib, proqnoz isə mənfi olaraq qalıb.

"Report"un məlumatına görə, agentlik ölkənin xarici valyutada investisiyaya uyğun olmayan "BB+" reytinq dərəcəsini və mənfi proqnozunu isə dəyişməyib.

S&P-dan gələn açıqlamada bildirilir ki, Türk Cumhuriyyəti Mərkəz Bankının (TCMB) kredit etimadının zəifləməsi türk lirəsinin güvənini azaldıb: "Reytinqin azaldılması TCMB-nin müstəqilliyinin daraldılması nəticəsində yaranan problemləri əks etdirir. Düşən neft qiymətləri isə Türkiyənin xeyrinədir".

S&P əlavə olaraq TCMB-nin əməliyyat müstəqilliyinə yaradılan əngəllərin inflyasiyanın tənzimlənməsində etimadın azalmasına səbəb olduğunu vurğulayıb. Bu səbəbdən də valyuta məzənnəsindəki dalğalanmaların ÜDM artımına mənfi təsiri olacağını bildirib. TCMB-nin monetar tranzisiya kanallarının zəifləməsi və türk lirəsinin bu səbəbdən etimadının azalmasının nəticədə Türkiyənin xarici borclarının maliyyələşdirilməsində risklər yaradacağı qeyd olunub.

Agentlik Türkiyənin ÜDM-nin 2015-2018-ci illərdə ortalama illik 3% artacağını proqnozlaşdırıb.

Bununla bərabər, Türkiyənin xarici borclarının bu müddət ərzində sabitləşəcəyi, düşən neft qiymətlərinin bunu dəstəkləyəcəyi bildirilib.

S&P hökumətin artan risklərini nəzərə aldığını, Türkiyənin maliyyə vəziyyətinin və borc mövqeyinin zəifləməsi halında xarici valyutada reytinqinin 6-12 ay ərzində azaldılma ehtimalı olduğunu açıqlayıb.

Qeyd edək ki, digər iki reytinq agentlikləri olan Moody's və Fitch 2015-ci il ilk qiymətləndirmələrində Türkiyənin reytinq və proqnozunu dəyişdirməyib.

Son xəbərlər

Orphus sistemi