"S&P" Rusiyanın kredit reytinqinə dəyişiklik edib

"S&P" Rusiyanın kredit reytinqinə dəyişiklik edib Kredit reytinqi "BBB-" səviyyəsində qalıb
Maliyyə
19 Sentyabr , 2016 10:11
S&P Rusiyanın kredit reytinqinə dəyişiklik edib

Bakı. 19 Sentyabr. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi ("S&P") Rusiyanın müstəqil reytinqi üzrə proqnozunu "Mənfi"dən "Stabil"ə yüksəldib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə agentliyin hesabatında qeyd olunub. 

Hesabatda həmçinin bildirilib ki, proqnozun yaxşılaşdırılmasına baxmayaraq Rusiyanın kredit reytinqi investisiya səviyyəsindən aşağıda qalaraq dəyişməyib. 

Xatırladaq ki, "S&P" Rusiyanın kredit reytinqini 2015-ci ilin yanvar ayında "BBB-" səviyyəsindən "BB+"-a endirib. O zaman qurum qərarını Rusiyada zəif iqtisadi artım perspektivləri ilə izah edib. Daha əvvəl, 2014-cü ilin aprelində isə Ukrayna hadisələri fonunda "S&P" Rusiyanın kredit reytinqini  "BBB"-dən "BBB-"-a endirmişdi.

Son xəbərlər

Orphus sistemi