​"S&P" agentliyi Rusiya iqtisadiyyatının 2016-cı ildə canlanacağını proqnozlaşdırır

​"S&P" agentliyi Rusiya iqtisadiyyatının 2016-cı ildə canlanacağını proqnozlaşdırır Rusiya bankirləri isə iqtisadiyyatdakı durğunluğun iki il davam edəcəyini düşünürlər
Maliyyə
7 Aprel , 2015 12:28
​S&P agentliyi Rusiya iqtisadiyyatının 2016-cı ildə canlanacağını proqnozlaşdırır

Bakı. 7 aprel. REPORT.AZ/ "Standart & Poor's" beynəlxalq reytinq agentliyi Rusiya iqtisadiyyatının 2015-ci ildə kəskin azalacağını, 2016-cı ildə isə dirçələcəyini proqnozlaşdırır. Agentliyin analitikləri Rusiyada ÜDM-in 2015-ci ildə 2,7% azalacağını, 2016-cı ildə isə 1,9% artacağını ehtimal edir. Daha öncəki proqnoza görə isə, bu il iqtisadiyyatın 0,5% artacağı, gələn il isə dəyişməyəcəyi gözlənilirdi.

"Report"un məlumatına görə, "S&P" analitiki İrina Vəliyevanın sözlərinə görə, proqnozun müsbət istiqamətdə olmasına səbəb Agentliyin neftin orta qiymətinin 2015-ci il üçün 55 dollar/barel, önümüzdəki 3 ildə isə 70 dollar/barel ehtimal etməsidir.

"S&P" agentliyinin proqnozları digər reytinq agentlikləri ilə müqayisədə daha optimistdir. Qeyd edək ki, daha öncə "Fitch" Rusiya iqtisadiyyatının bu il 4%, "Moody's" isə 5,5% azalacağını proqnozlaşdırmışdır. Hər iki agentlik Rusiyanın 2017-ci ildən tez dirçələ bilməyəcəyini ehtimal edir.

"S&P"-nin açıqlamaları Rusiyanın öncül banklarının iqtisadçıları üçün də sürpriz olub. "MTS Bank"ın baş iqtisadçısı Yevgeni Nadorşinə görə, Rusiya iqtisadiyyatı bu il daha kəskin azalacaq. Çünki ölkədə pərakəndə satış yavaşlayır, tələb kəskin sürətdə zəifləyir. O, Rusiya iqtisadiyyatı ancaq 2016-cı ildə neftin qiymətinin 100 dollar/barel olacağı halda dirçələ biləcəyini ehtimal edir.

"Alfa Bank"ın baş iqtisadçısı Natalya Orlovanın sözlərinə görə isə Rusiya iqtisadiyyatı 2015-ci ildə 2-3% azalsa da, 2016-cı ildə büdcə xərclərinin artması ilə bərabər 1-1,5% artacaq. Ümumiyyətlə, iqtisadçı hesab edir ki, iqtisadiyyatdakı durğunluq iki il davam edəcək.

Son xəbərlər

Orphus sistemi