"S&P" agentliyi "Kapital Bank"ın kredit reytinqini təsdiq edib

"S&P" agentliyi "Kapital Bank"ın kredit reytinqini təsdiq edib Bankın qənaətbəxş kapital mövqeyi hazırkı iqtisadi vəziyyətdə yarana biləcək təzyiqlərə tab gətirəcək
Maliyyə
18 Fevral , 2016 10:10
S&P agentliyi Kapital Bankın kredit reytinqini təsdiq edib

Bakı. 18 fevral. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "Kapital Bank" ASC-nin uzunmüddətli kredit reytinqini "BB-", qısamüddətli kredit reytinqini isə "B" səviyyəsində, proqnozu isə "stabil"dən "neqativ"ə endirərək təsdiq edib. 

"Report" xəbər verir ki, "S & P" agentliyi Bankın qiymətləndirməsini yanvarın 29-da Azərbaycanın suveren reytinqinin "BBB/A-3"-dən "BB+/B" səviyyəsinə endirməsi ilə əsaslandırıb. O, Azərbaycandakı yeni yaranmış çətin iqtisadi mühitin "Kapital Bank"ın kredit profilinə təsir edəcəyini vurğulayıb. Lakin Agentliyin rəyinə görə, Bankın qənaətbəxş kapital mövqeyi bu iqtisadi vəziyyətdə yaranan təzyiqlərə tab gətirəcəyindən, Bankın kredit reytinqi dəyişməyib. Agentlik düşünür ki, əgər ölkədə iqtisadi vəziyyət gələcəkdə pisləşməyə davam edərsə, Bank öz strategiyasını yavaşlama fonunda dəyişə bilər. Agentlik, həmçinin bildirib ki, Bank 2015-ci ildə manatın məzənnəsinin dəyişməsində valyuta aktivlərini Azərbaycanda qəbul olunmuş mühasiblik prinsipləri çərçivəsində yenidən qiymətləndirərək 55 mln. manat əlavə gəlir əldə edib, ümumi xalis mənfəəti isə 64 mln. manat təşkil edib.

Digər tərəfdən Agentlik hesab edir ki, "Kapital Bank"ın sistemli risklərə qarşı dayanıqlılığı digər banklardakı kimidir və iqtisadi çətinlik zamanı neqativ təsirə məruz qalacaq. Bununla yanaşı, Bankın problemli kreditlərinin 2015-ci ilin ilk yarısındakı 9%-dən 2016-cı ilin ilk yarısında 13-15%-ə qədər artacağı proqnozlaşdırılır. Azərbaycanda iqtisadi mühit pisləşəcəyi təqdirdə Bankın reytinqinin 12-18 ay ərzində azaldılacağı qeyd olunur.

Son xəbərlər

Orphus sistemi