​Rusiya əhalisi gəlirlərin 5%-ni valyuta alışına xərcləyib

​Rusiya əhalisi gəlirlərin 5%-ni valyuta alışına xərcləyib Əhalinin gəlirlərinin 12%-i isə yığıma sərf olunub
Maliyyə
3 Sentyabr , 2015 10:58
​Rusiya əhalisi gəlirlərin 5%-ni valyuta alışına xərcləyib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Cari ilin iyul ayında Rusiya əhalisi gəlirlərinin 4,8%-ni xarici valyutanın alınmasına xərcləyib. Buna yaxın göstərici cari ilin aprel ayında qeydə alınıb. 

"Report"un Rusiya Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iyulda əhalinin pul gəlirləri 4,6 trln. rubl təşkil edib. Beləliklə də ay ərzində gəlirlər 0,8% inflyasiyaya qarşı 4% artıb. Bu göstəricilər analitikləri təəccübləndirib. Belə ki, real əmək haqqı, pensiya və sahibkarlıq gəlirləri bu müddətdə artmayıb.

Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, ay ərzində istehlak malları və xidmətlərə xərclər artıb. Rusiyalılar cəmi gəlirlərinin 70,5%-ni istehlak malları xidmətinə xərcləyiblər. Gəlirlərin 11,9%-i isə yığıma sərf olunub.

Son xəbərlər

Orphus sistemi