Rusiyanın neft aslılığından qurtulması üçün 10 il lazımdır

Rusiyanın neft aslılığından qurtulması üçün 10 il lazımdır Bunun üçün rəqəmsal biznes iqtisadiyyatına keçid tələb olunur
Maliyyə
28 Oktyabr , 2016 18:02
Rusiyanın neft aslılığından qurtulması üçün 10 il lazımdır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatının neft asılılığından qurtulması üçün ən azı 10 il vaxt lazımdır. 

"Report"un "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiya "Sberbank"ının rəhbəri German Qref verib. 

Onun sözlərinə görə, cari iqtisadiyyatın yarısına bərabər bir rəqəmsal biznes iqtisadiyyatının yaradılması qısa müddətdə mümkün deyil.

Bank rəhbəri həmçinin bildirib ki, Rusiyada çox böyük həcmli neft-qaz ÜDM-i mövcuddur: "Ənənəvi biznes növlərindən rəqəmsal biznesə keçmək üçün nə 5, nə də 10 il kifayət edər".

Son xəbərlər

Orphus sistemi