​Rusiyanın beynəlxalq reytinqi azaldıla bilər

​Rusiyanın beynəlxalq reytinqi azaldıla bilər Rusiyada çevik monetar siyasətin olmaması reytinqə ciddi təsir edir
Maliyyə
20 Aprel , 2015 11:05
​Rusiyanın beynəlxalq reytinqi azaldıla bilər

Bakı. 20 aprel. REPORT.AZ/ "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın suveren reytinqini dəyişməyərək investisiya həddindən bir bənd aşağı, "BB+" səviyyəsində, reytinq üztə proqnozu isə "neqativ" olaraq təsdiq edib.

"Report" xəbər verir ki, Agentlik bunu Qərbin sanksiyaları ilə üzləşən Rusiyanın xarici maliyyə mənbələrindən kənarda qalması və nəticədə, maliyyə sisteminin zəif və həssas olması ilə əlaqələndirib. Hazırda Rusiyanın reytinqi Bolqarıstan və İndoneziya ilə eyni səviyyədədir.

Qeyd edək ki, S&P agentliyi bu ilin yanvar ayında Rusiyanın reytinqini investisiya statusundan məhrum edib. Bu qərarı o, neftin qiymətinin düşməsinə və sanksiyalar nəticəsində başlayan resessiya ilə əsaslandırıb. Nəticədə, Rusiyada korporativ müştərilərin beynəlxalq bazarlara çıxışının bağlanması, investisiya mühitinin pozulması, devalvasiya baş verib. Agentlik, yaxın zamanlarda Rusiyaya qarşı sanksiyaların Ukrayna konfliktində müsbət addımların atılmaması səbəbindən davam edəcəyini bildirib. "S&P" reqytinqin proqnozunu "mənfi" təsdiq edərək bildirib ki, xarici və fiskal buferlər gözləniləndən daha tez pisləşərsə, reytinq yenidən azaldıla bilər. Rusiyada çevik monetar siyasətin olmaması da agentliyin qərarına təsir edə bilər.

"S&P"-nin açıqlamalarından sonra rublun dollara qarşı məzənnəsi 5,1% azalaraq 52,33 RUB/USD-yə düşüb.

Dünyanın digər bir nüfuzlu reytinq agentliyi olan "Fitch" isə Rusiya ilə bağlı açıqlamalı olduğu qərarı bir müddət ertələmək istədiyini bildirib. Buna səbəb isə "Fitch"in Rusiyanın iqtisadi-maliyyə vəziyyəti ilə bağlı apardığı monitorinqi bir qədər də davam etdirmək istəməsidir.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi bu il ölkədən kapital axınının 90 mlrd. dollara enəcəyini, iqtisadi aktivliyin isə 4,6 faiz bəndi azalacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi