Rusiyanın 10 illik avrobondlarına 3 qat tələb var

Rusiyanın 10 illik avrobondlarına 3 qat tələb var "VTB Kapital" emissiyanın yeganə təşkilatçısıdır
Maliyyə
22 Sentyabr , 2016 15:31
Rusiyanın 10 illik avrobondlarına 3 qat tələb var

Bakı. 22 sentybar. REPORT.AZ/ Rusiyanın avrobondlarına tələb 3 mlrd. ABŞ dollarını ötüb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə bank dairələrindən bildirilib. 

Məlumata görə, avrobondlara həm xarici, həm də daxili investorlar maraq göstərir. Rusiyanın əlavə olaraq yerləşdirdiyi 1,25 mlrd. dollarlıq avrobondların illik gəlirliliyi 3,99%-dir. 

Xatırladaq ki, 2016-cı ilin dövlət büdcəsi qanuna əsasən Rusiya xarici bazarlarda 3 mlrd. dollarlıq istiqraz yerləşdirə bilər. Artıq bu ilin may ayında 1,75 mlrd. dollarlıq avrobondlar illik 4,75%-lə yeləşdirilib.

Avrobondlarla bağlı hesablaşmaların "Euroclear" beynəlxalq sistemi və Milli Hesablaşma Depozitarı vasitəsilə baş tutacağı bildirilir. Emissiyanın təşkilatçısı kimi yalnız "VTB Kapital" şirkəti çıxış edir. Əməliyyatın sabah bu gün tamamlanması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi