Rusiyadakı Azərbaycan miqrantları vətənə transfertləri 65% artırıb

Rusiyadakı Azərbaycan miqrantları vətənə transfertləri 65% artırıb MDB ölkələri arasında Azərbaycan 5-ci sıradadır
Maliyyə
30 Sentyabr , 2016 16:07
Rusiyadakı Azərbaycan miqrantları vətənə transfertləri 65% artırıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu ilin II rübündə Rusiyada çalışan əmək miqrantları tərəfindən Azərbaycana həyata keçirilən pul transfertlərinin həcmi 203 mln. ABŞ dolları təşkil edib. Bu, I rüblə müqayisədə 80 mln. dollar və ya 65% çoxdur.

"Report" Rusiya Mərkəzi Bankına (Rusiya Bankı) istinadən xəbər verir ki, MDB ölkələri arasında miqrantların öz vətənlərinə göndərdikləri vəsaitin həcminə görə Azərbaycan 2016-cı ilin II rübündə 5-ci sırada qərarlaşıb. İlk sırada 696 mln. dollarla Özbəkistan, daha sonra 495 mln. dollarla Tacikistan, 487 mln. dollarla Qırğızıstan, 270 mln. dolalrla Ukrayna yer alıb.

Son xəbərlər

Orphus sistemi