​Rusiyada yeni kreditlərin 51%-i köhnə kreditlərin ödənilməsi üçün alınır

​Rusiyada yeni kreditlərin 51%-i köhnə kreditlərin ödənilməsi üçün alınır Rusiyada şəxsi maliyyə piramidalarının yaranması problemi dərinləşir
Maliyyə
16 Mart , 2016 17:03
​Rusiyada yeni kreditlərin 51%-i köhnə kreditlərin ödənilməsi üçün alınır

Bakı. 16 mart. REPORT.AZ/ Rusiyada 2016-cı ilin yanvar-fevral aylarında yeni kredit götürərək köhnə kreditlərini ödəyənlərin sayı 51%-ə çatıb. "Report"un Rusiyanın Birləşmiş Kredit Bürosuna (BKB) istinadən verdiyi xəbərə görə, 2015-ci ildə bu göstərici 50% təşkil edib. 

Qeyd edək ki, BKB "Sberbank"ın törəmə müəssisəsidir. Büronun apardığı araşdırma nəticəsində məlum olub ki, 42,5 mln. aktiv hesabı olan borcalanlar arasında 2014-cü ildə yeni kreditlə köhnə borcu bağlamaq istəyənlərin xüsusi çəkisi 43% təşkil edib.

BKB-nin bank məhsulları üzrə direktoru Aleksandr Axlomova görə, vəziyyət narahatlıq doğurmaya bilməz: "Yeni kreditlər alaraq köhnə kreditlərin ödənilməsi yekunda şəxsi maliyyə piramidasının yaranmasına gətirib çıxarır. Belə vəziyyət çox vaxt kredit yükünün daha da artması ilə nəticələnir".

Qeyd edək ki, Rusiyada kreditləşmə əmsalı çox yüksəkdir. Belə ki, 7,7 mln. insan və ya ümumi borcalanların 18%-i eyni vaxtda 3 və ya daha çox kredit ödəyir və orta hesabla aylıq ödənişlərə 60 min rubl və ya 855 dollar ayırır.

Son xəbərlər

Orphus sistemi