Rusiyada ÜDM 5%-ə qədər azalıb

Rusiyada ÜDM 5%-ə qədər azalıb İşsizlik 5,9%, inflyasiya isə 0,4% olub
Maliyyə
28 İyun , 2015 11:29
Rusiyada ÜDM 5%-ə qədər azalıb

Bakı. 28 iyun. REPORT.AZ/ May ayında Rusiyada ÜDM 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4,9% azalıb. "Report" xəbər verir ki, məlumati Rusiya İqtisadi İnkişaf Nazirliyi yayıb. Bununla da 2015-ci ildə ÜDM 3,2% azalma göstərib.

ÜDM-in azalmasına ən çox təsiri emal sənayesi, topdan və pərakəndə satışların düşməsi göstərib. Nazirliyin məlumatına əsasən əhalinin real gəlirləri may ayında 0,9%, real maaşlar isə 7,3% azalıb. İşsizlik 5,9%, inflyasiya isə 0,4% olub. Bununla da illik inflyasiya 15,8% təşkil edib.

Rus rublunun güclənməsi və alıcılıq qabiliyyətinin zəifləməsi inflyasiyanın may ayında səngiməsinə səbəb olub. May ayında Rusiya 32,3 mlrd. dollar mal ixracı və 15,2 mlrd. dollar mal idxalı həyata keçirib. Bununla da xarici ticarət saldosu 17,1 mlrd. dollar təşkil edib. Qeyd edək ki, may ayında ixrac illik müqayisədə 26,7%, idxal isə 42 % azalıb.

Bildirmək lazımdır ki, Beynəlxalq Valyuta Fondu 2015-ci ildə Rusiyada 3,4% ÜDM azalması proqnozlaşdırıb.

Son xəbərlər

Orphus sistemi