​Rusiyada kredit kartları üzrə problemli borclar 46%-ə yüksəlib

​Rusiyada kredit kartları üzrə problemli borclar 46%-ə yüksəlib Ümumilikdə, Rusiyada problemli kreditlər 10,71% təşkil edir
Maliyyə
3 Fevral , 2016 19:37
​Rusiyada kredit kartları üzrə problemli borclar 46%-ə yüksəlib

Bakı. 3 fevral. REPORT.AZ/ 2015-ci ilin yekunu üzrə Rusiyada kredit kartlarında problemli borclar 46%-ə yüksələrək 230 mlrd. rubl və ya 2,95 mlrd. dollar təşkil edib. "Report" "Lenta.ru" agentliyinə istinadən xəbər verir ki, borcların bu seqmenti üzrə problemli borclar liderlik təşkil edib. İkinci yerdə nağd borclar (42%) və daha sonra ipoteka borcları (36%) yer alıb.

Ümumilikdə, rusiyalıların 6 mln. kart üzrə problemli borcları mövcuddur ki, 2015-ci ilin əvvəlində bu rəqəm 4,5 mln. ədədə bərabər olub. Qeyd edək ki, 2015-2016-cı illər arasında borcalanların 80%-i kredit kartlarından maaşa qədər xərclərini ödəmək məqsədilə istifadə edib. Problemli borcun orta səviyyəsi 72 300 rubl və ya 927 dollar təşkil edib və il ərzində 46% artb. 2015-ci ildə problemli kart kreditinə səbəb olmaq üçün 21,8 ay lazım idisə, 2016-cı il fevral 1-nə olan məlumata əsasən bu göstərici 8,4 aya enib.

Rusiya Bankının (Rusiya Mərkəzi Bankı) məlumatına əsasən rusiyalılar maliyyə qurumlarına 10,27 trln. rubl və ya 131,7 mlrd. dollar borcları mövcuddur ki, bunlardan 1,1 trln. rubl və ya 14 mlrd. dollar, yəni 10,71%-i problemli kreditlərdir. Mütəxəssislər problemli kreditlərdə artımı əhalinin real gəlirlərinin azalması ilə izah ediblər.

Son xəbərlər

Orphus sistemi