"Rusiyada iqdisadi böhhran özünü tam şəkildə 2015-ci ildə göstərəcək" - sabiq nazir

"Rusiyada iqdisadi böhhran özünü tam şəkildə 2015-ci ildə göstərəcək" - sabiq nazir "2015-ci ildə Rusiyada inflasiya ən az 15 faiz təşkil edəcək"
Maliyyə
23 Dekabr , 2014 01:40
Rusiyada iqdisadi böhhran özünü tam şəkildə 2015-ci ildə göstərəcək - sabiq nazir
Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bəyan edib ki, Rusiya hökuməti maliyyə problemləri ilə kifayət qədər ciddi mübarizə aparmır.

Onun sözlərinə görə, iqdisadi böhhran özünü tam şəkildə gələn 2015-ci ildə göstərəcək.

Rublun məzənnəsinin düşməsində Qərbin də rolu məsələsinə də toxunan Kudrin, "Rublun dəyərsizləşməsi 25-35 faiz sanskiyalarla bağlıdır. Qalan 65-75 faizi isə dolların güclənməsi və investorların Rusiya hakimiyyətinə və hakimiyyətin addımlarına etimadsızlığı ilə əlaqədardır" - deyə bildirib.

O həmçinin hesab edir ki, 2015-ci ildə Rusiyada inflasiya ən az 15 faiz təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi