​Rusiyada fond indeksləri dəyərini itirir

​Rusiyada fond indeksləri dəyərini itirir RTS indeksi 3,38% azalaraq 1 218,13-ə düşüb
Maliyyə
29 Avqust , 2014 16:08
​Rusiyada fond indeksləri dəyərini itirir
Bakı. 29 avqust. REPORT.AZ/ Rusiya qoşunlarının Ukrayna ərazisinə girməsi Rusiya fond bazarına da neqativ təsir edib. “Report” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, bunun nəticəsi olaraq, RTS indeksi 3,38% azalaraq 1 218,13-ə düşüb.

Moskva birjalarında da indekslərin azalması müşahidə olunur. Belə ki, Moskva Banklararası Valyuta Birjasının indeksində isə 1,87% azalma müşahidə edilib və sonuncu hədd 1 426,01 səviyyəsində müəyyənləşib.

Əvvəllər Rusiya fond birjalarında gündəlik azalmalar 2,2% civarında olub.

Azalmanın əsas səbəbi kimi Rusiyanın Ukrayna ərazisinə girməsi göstərilir. Ukrayna prezidenti Pyotr Poroşenkonun çıxışında bunu deməsi, ABŞ və NATO rəsmilərinin həmin məsələni təsdiq etməsi indekslərə əsas təsir edən amil olub.

Son xəbərlər

Orphus sistemi