​Rusiyada dolların bahalaşması davam edir

​Rusiyada dolların bahalaşması davam edir Artıq mərkəzi bank prosesə müdaxilə etməyə hazırlaşır
Maliyyə
29 Sentyabr , 2014 17:17
​Rusiyada dolların bahalaşması davam edir

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı 39,38 RUB/USD səviyyəsinə kimi bahalaşan ABŞ dollarının rəsmi məzənnəsinə müdaxilə edə biləcəyini açıqlayıb. “Report”un məlumatına görə, bu barədə Rusiya mediası məlumat yayıb.

Sentyabrın 29-da dolların məzənnəsi sərbəst bazarda 11 qəpik yüksələrək 39,38 rubl, avro isə 18 qəpik qalxaraq 49,8 rubla çatıb. Qeyd edək ki, Rusiyada 55%-i dollar, 45%-i isə avrodan ibarət olan bivalyuta səbətinın dəyəri isə 14 qəpik bahalaşaraq 44,02 rubl olub.

Dolların məzənnəsi Rusiya Mərkəzi Bankının ötən həftə üçün müəyyən etdiyi 0,3%-lik bahalaşma limitini də keçib. Birjalarda rublun dəyərində ucuzlaşma hiss olunur. Belə ki, dollara əsaslanan RTS indeksi 0,99% ucuzlaşaraq 1 144 bəndə enib, MICEX indeksi isə 0,02% artaraq 1 434 bəndə yüksəlib.

Xatırladaq ki, Rusiyada maliyyə və iqtisadi problemlərin baş qaldırıması rəsmi Moskvanın Ukrayna hadisələrində iştirak etməsi və Qərbin tətbiq etdiyi sanksiya siyasəti ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi