Rusiyada 5 sığorta kommersiya təşkilatı bağlanıb

Rusiyada 5 sığorta kommersiya təşkilatı bağlanıb Bununla bağlı qərarı Rusiya Mərkəzi Bankı qəbul edib
Maliyyə
24 Sentyabr , 2016 13:58
Rusiyada 5 sığorta kommersiya təşkilatı bağlanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) ölkədə fəaliyyət göstərən 3 sığorta şirkətinin lisenziyasını ləğv edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar "Rosles, "Delta" və "Saxalin Sığorta Assosiasiyası" adlı şirkətlərdir.

RMB lisenziyaların ləğv edilməsini sığortaçıların qanunvericiliyin tələblərinə əməl etməmələri, investisiya siyasətində nöqsanlara yol vermələri, tənzimləyici quruma hesabat verməmələri ilə izah edir.

Bundan başqa, RMB-nin qərarı ilə 2 sığorta brokerinin "Benefit-Broker" və "Fleksa-Broker" şirkətlərinin lisenziyaları ləğv olunub. Sığorta şirkətləri ilə sığorta brokerləri də son 1 ildə Rusiyanın sığorta qanunvericiliyini və digər federal qanunları pozub, RMB-yə fəaliyyətləri ilə bağlı hesabat verməkdən yayınıblar. 

Son xəbərlər

Orphus sistemi