"Rusiya Sənaye Bankı" bağlanıb

"Rusiya Sənaye Bankı" bağlanıb Rusiya Mərkəzi Bankı kredit təşkilatının lisenziyasını ləğv edib
Maliyyə
13 Sentyabr , 2016 11:19
Rusiya Sənaye Bankı bağlanıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) paytaxt Moksvada fəaliyyət göstərən "Rusiya Sənaye Bankı"nın ("Rosprombank") lisenziyasını ləğv edib. "Report" xəbər verir ki, bu barədə RMB-nin açıqlamasında bildirilir.

Qurum öz qərarını kredit təşkilatının federal qanunlara və RMB-nin normativ aktlarına əməl etməməsi ilə izah edib: "Bank yüksək riskli kredit siyasəti yürüdüb və pul vəsaitlərini aşağı keyfiyyətli aktivlərdə yerləşdirib".

Hazırda Banka müvəqqəti inzibatçı təyin edilib və müsabiqə yolu ilə ləğvedicinin seçilməsinə hazırlıq gedir.

Xatırladaq ki, "Rosprombank" əmanətlərin sığortalanması sisteminin iştirakçısı olub. Bu il sentyabrın 1-nə Bank aktivlərin həcminə görə Rusiyada 323-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi