Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb Bank 2017-ci ilin ilk yarısında uçot dərəcəsini bir qədər də azaltmaq niyyətindədir
Maliyyə
16 Sentyabr , 2016 14:56
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) bu gün, sentyabrın 16-da keçirtdiyi növbəti iclasında uçot dərəcəsini daha 0,5 faiz bəndi azadaraq illik 10%-ə endirib. 

"Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Bankı uçot dərəcəsinin endirilməsi qərarını inflyasiyanın yavaşlaması və dayanıqlı olmayan iqtisadi perspektivdə inflyasiya gözləntilərinin aşağı olması ilə izah edib. Bununla yanaşı, Rusiya Bankı aşağı inflyasiya həddinin dayanıqlılığına nail olunması məqsədi ilə cari uçot dərəcəsinin ilin sonuna qədər hazırkı həddə saxlanılması və 2017-ci ilin I və II rüblərində bir qədər də azaldılması zərurətini vurğulayıb. Bu da, Rusiya Bankının bu ilin sonuna qədər uçot dərəcəsində dəyişikliyə getmək fikrində olmadığını göstərir.

Son xəbərlər

Orphus sistemi