Nazir: "Rusiya Mərkəzi Bankı uçot dərəcəsini aşağı sala bilər"

Nazir: "Rusiya Mərkəzi Bankı uçot dərəcəsini aşağı sala bilər" Artıq bu ilin sonuna kimi uçot dərəcəsi 10%-dən aşağı düşə bilər
Maliyyə
30 İyul , 2016 16:21
Nazir: Rusiya Mərkəzi Bankı uçot dərəcəsini aşağı sala bilər

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) 2016-cı ilin sonuna kimi uçot dərəcəsini 10%-dən aşağı sala bilər. "Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, uçot dərəcəsinin aşağı düşməsi ehtimalı barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev danışıb.

Qeyd edək ki, RMB-nin Direktorlar Şurasının iyulun 29-da keçirilmiş iclasında uçot dərəcəsinin 10,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib. Qurumun uçot dərəcəsi ilə bağlı növbəti iclası sentyabrın 16-da keçirilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, 2015-ci ilin avqust ayında Rusiyada uçot dərəcəsi 11% olub. RMB-nin ötən ay keçirilmiş iclasında isə sözügedən göstəricinin 0,5% azaldılması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi