​Rusiya Mərkəzi Bankı faizləri sabit saxlayıb

​Rusiya Mərkəzi Bankı faizləri sabit saxlayıb Növbəti iclasda uçot dərəcələri azaldıla bilər
Maliyyə
18 Mart , 2016 15:04
​Rusiya Mərkəzi Bankı faizləri sabit saxlayıb

Bakı. 18 mart. REPORT.AZ/ Rusiya Bankı (Rusiya Mərkəzi Bankı) bu gün, martın 18-də keçirdiyi növbəti iclasında uçot dərəcələrini 11% səviyyəsində sabit tutaraq dəyişdirməyib. "Report" xəbər verir ki, Rusiya Bankı uçot dərəcələrini 2015-ci ilin avqustundan etibarən dəyişməyib. Bankdan verilən açıqlamada qlobal maliyyə bazarlarının sabitləşməsinə və inflyasiyanın azalmasına baxmayaraq, inflyasiya riskləri yüksək olaraq qalır. 

"Risklər neft bazarında konyunktura və büdcənin ayrı-ayrı parametrlərində qeyri-müəyyənliklə əlaqəli olub", - deyə Rusiya Bankının mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, Rusiyada inflyasiya həddi yanvar ayının yekunlarına görə 9,8%-dən 7,9%-ə enib. Rusiya İqtisadi İnkişaf Nazirliyi mart ayı yekunlarına görə inflyasiyanın 7,5-7,6%-ə geriləyəcəyini proqnozlaşdırıb. İnflyasiyanın azalması Rusiya Bankının növbəti iclasda uçot dərəcələrini azaldacağını ehtimal etməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi