​Rusiyada daha bir bankın lizensiyası ləğv edilib

​Rusiyada daha bir bankın lizensiyası ləğv edilib Mərkəzi Bankıın qərarı ilə "Evrositibank"ın lizensiyası ləğv olunub
Maliyyə
7 İyul , 2016 10:15
​Rusiyada daha bir bankın lizensiyası ləğv edilib

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı Moskvada qeydiyyatdan keçən "Evrositibank"ın lizensiyasını ləğv edib. "Report"un Rusiya Mərkəzi Bankının yaydığı məlumata istinadən verdiyi xəbərə görə, lisenziyanın ləğvi bank tərəfindən qanunlara riayət olunmaması ilə əlaqədardır.

Mərkəzi Bankın məlumatına əsasən, kredit təşkilatı ödəniş qabiliyyətini itirib. İyul ayının əvvəlində bank faktiki olaraq əməliyyatlarını dayandırıb.

Qeyd edək ki, bank cari il yanvarın 1-nə əsasən, aktivlərin həcminə görə Rusiyanın bank sistemində 245-ci yerdə olub.

Son xəbərlər

Orphus sistemi