​Rusiya iqtisadiyyatında geriləmə davam edir

​Rusiya iqtisadiyyatında geriləmə davam edir Xarici ticarət profisiti ilk 4 ayda 2 dəfə azalıb
Maliyyə
31 May , 2016 14:21
​Rusiya iqtisadiyyatında geriləmə davam edir

Bakı. 31 may. REPORT.AZ/ Rusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin yanvar-aprel aylarında illik müqayisədə 1,1% təşkil edib. "Report" Rusiya İqtisadi İnkişaf Nazirliyinin (İİN) hesabatına istinadən xəbər verir ki, aprel ayında iqtisadi geriləmə keçən ilin analoji dövrü ilə müqayisədə 0,7% olub. Mövsümi amillər istisna olmaqla Rusiya iqtisadiyyatı apreldə keçən ilin analoji dövrü ilə müqayisədə 0,1% azalıb.

Nazirliyin hesabatına əsasən, Rusiyanın xarici ticarət profisiti yanvar-aprel aylarında keçən ilin analoji dövrü ilə müqayisədə 47,7% azalaraq 31,4 mlrd. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi