Rusiya iqtisadiyyatı yenidən azalma göstərib

Rusiya iqtisadiyyatı yenidən azalma göstərib Yanvar-iyul aylarında ÜDM 0,9% azalıb
Maliyyə
26 Avqust , 2016 17:10
Rusiya iqtisadiyyatı yenidən azalma göstərib

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiya iqtisadiyyatı mövsümi amillər istisna olmaqla iyul ayında əvvəlki ayla müqayisədə 0,1% azalma göstərib. "Report" İqtisadi İnkişaf Nazirliyinin (İİN) monitorinqinə istinadən xəbər verir ki, iyunda Rusiya iqtisadiyyatı dəyişiklik göstərməyib. Rusiya Bankının (Mərkəzi Bank) proqnozlarına görə, ölkə iqtisadiyyatı bu il 0,3-0,7% azalacaq, Beynəlxalq Valyuta Fondu (İMF) isə azalmanın 1,2% olacağını ehtimal edir. İİN həmçinin bildirib ki, may-iyun aylarında iqtisadiyyat sabitləşdikdən sonra iyulda aylıq müqayisədə yenidən azalma göstərib: "Buna səbəb emal sənayesində və topdansatış ticarətdə mənfi dinamika göstərilir".

İllik müqayisədə iyul ayında ÜDM-də azalma 0,7% təşkil edib. İyunda bu göstərici -0,5%, mayda -0,6% olub. Yanvar-iyul aylarında Rusiya iqtisadiyyatı keçən ilin analoji dövrü ilə müqayisədə 0,9% azalıb. İyul ayında faydalı qazıntıların hasilatı sektoru 0,1%, kənd təsərrüfatı sektoru isə mövsümi amillər istisna edilməklə 0,7% artıb.

Son xəbərlər

Orphus sistemi