​Rusiya fond birjası indeksi kəskin azalıb

​Rusiya fond birjası indeksi kəskin azalıb RTS indeksi 500 bəndinə qədər azala bilər
Maliyyə
16 Yanvar , 2016 16:12
​Rusiya fond birjası indeksi kəskin azalıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiyanın əsas fond birjası indeksi olan RTS indeksi yanvarın 15-də 40,01 bənd və ya 5,77% azalaraq 652,98 bəndə enib. 

"Report" xəbər verir ki, bununla da RTS indeksi 2014-cü il dekabr ayından etibarən ən minimal səviyyəyə enib.

Qeyd edək ki, həmin dövrdə RTS indeksi 578,21 bəndə qədər enmişdi. RTS indeksinin kəskin azalması neftin bir barelinin qiymətinin 30 dollardan aşağı düşməsi ilə bağlıdır. RTS indeksi 2009-cu ilin yanvar ayında neft qiymətlərinin azalması fonunda 492,59 bəndə endikdən sonra 1641,64 bənd və ya 3,33 dəfə artaraq 2011-ci aprel ayında 2134,23 bəndə yüksəlib. Yüksəlişə neft qiymətlərinin artması səbəb olub.

"Report"un analitik qrupu hesab edir ki, RTS indeksi yenidən 25% və ya 160 bənd azalaraq 500 bəndindən də aşağı düşüb, 492 bənd səviyyəsinə qədər enə bilər. Buna səbəb qarşıdakı müddətdə neft qiymətlərinin aşağı istiqamətli trendinin davam etdirməsi göstərilir.

Son xəbərlər

Orphus sistemi