​Rusiya Ehtiyat Fondundakı vəsaitlər bu il tükənə bilər

​Rusiya Ehtiyat Fondundakı vəsaitlər bu il tükənə bilər "Rosneft"in özəlləşdirilməsindən 7,4 mlrd. dollar gəlir gözlənilir
Maliyyə
6 Avqust , 2016 16:27
​Rusiya Ehtiyat Fondundakı vəsaitlər bu il tükənə bilər

Bakı. 6 avqust. REPORT.AZ/ Rusiyanın Ehtiyat Fondundakı vəsaitlərin xərclənməsi 2016-cı ildə 3 trln. rubla (45,5 mlrd. ABŞ dolları) çata bilər. Bu da hazırkı 2,56 trln. rubldan (38,8 mlrd. ABŞ dolları) çoxdur. 

"Report" xəbər verir ki, bu barədə Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkinin avqustun 5-də "Vesti Ekonomika" saytında dərc edilmiş məqaləsində bildirilib. 

Nazir müavini həmçinin deyib ki, neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşməsi nəticəsində Ehtiyat Fondunun xərcləri 2,3 trln. rubla (34,8 mlrd. ABŞ dolları) çatacaq: "Rosneft"in özəlləşməsi bu il baş tutmazsa, bu rəqəm 3 trln. rubla yüksələcək".

Xatırladaq ki, Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev avqustun 5-də hökumətin bu ilin sonunadək "Rosneft"in 19,5% səhm paketinin özəlləşdirməsini çatdırmaya biləcəyini söyləyib. Bu zaman özəlləşdirmədən gəlirlər 1 trln. rubldan (15 mlrd. ABŞ dolları) az ola bilər.

Qeyd edək ki, Rusiya Maliyə Nazirliyinin nümayəndəsi fevral ayında "Rosneft"in özəlləşməsindən 490 mlrd. rubl (7,4 mlrd. ABŞ dolları) gəlir gözlədiklərini vurğulamışdı.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, avqustun 1-nə Rusiya Ehtiyat Fondunun aktivləri 2,56 trln. rubl (38,8 mlrd. dollar), Milli Rifah Fondunun aktivləri isə 4,84 trln. rubl (73,3 mlrd. dollar) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi