Bakı. 25 iyun. REPORT.AZ/ Rusiya yaxın 3 ildə dövlət büdcəsi xərclərinin azaldılması layihəsi üzərində çalışır. "Report" "Kommersant" qəzetinin yaydığı məlumata əsasən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedevin başçılığı altında keçirilən qapalı büdcə görüşmələrində dövlət xərclərinin kəskin azaldılması nəzərdə tutulub. Belə ki, Rusiya M
Qeyd edək ki, görüşdə Rusiyanın cari iqtisadi inkişaf strategiyasını dəyişməsi fikri də irəli sürülüb. Belə ki, buna qədər büdcə gəlirlərindən asılı vətəndaşların gəlirlərinin artırılması hesabına stimullaşdırılan iqtisadiyyat modelindən dövlət xərclərinin infrastruktur layihələrinə yönəldilərək iqtisadiyyatı dəstəkləmək modelinə keçid nəzərdə tutulub. Bunun üçünsə 2018-ci ildə hərbi xərclərin 26,5% azaldılması, dövlət xərclərinin 8-13% kəsilməsi, dövlət məmurlarının sayının 10% azaldılması və çalışan dövlət məmurlarının gəlirlərinin indeksləşdirilməməsi planı təklif olunub.
Qeyd edək ki, büdcə kəsintilərinin 3 illik müddəti əhatə etməsi ilk öncə neft qiymətlərinin eyni müddətdə artmayacağı mənasını verir. Bununla bərabər, Rusiyada əhalinin real gəlirlərinin bu müddət ərzində önəmli dərəcədə azalması deməkdir. Nəticədə Rusiyadan Azərbaycana azərbaycanlı miqrantların pul transferlərində də əhəmiyyətli azalma görüləcək. Bu da bölgələrdə və paytaxtda əsasən əmlak bazarında öz əksini tapacaq.