​Rusiya Azərbaycan biznesmenlərinə əlavə maliyyələşdirmə imkanları təklif edir

​Rusiya Azərbaycan biznesmenlərinə əlavə maliyyələşdirmə imkanları təklif edir Rusiya İxrac kreditləri və investisiyaların sığortalanması Agentliyi beynəlxalq kapitala çıxışı da təmin etməyi vəd edir
Maliyyə
21 May , 2015 14:33
​Rusiya Azərbaycan biznesmenlərinə əlavə maliyyələşdirmə imkanları təklif edir

Bakı. 21 may. REPORT.AZ/ RF-nin İxrac kreditləri və investisiyaların sığortalanması Agentliyi Azərbaycanda Rusiya biznesinin imkanlarını genişləndirmək niyyətindədir. Agentlik hazırda Azərbaycanda ixrac üzrə 10 layihəni maliyyələşdirir. Bu layihələrin ümumi dəyəri 700 mln . ABŞ dolları təşkil edir. "Report"un məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Rusiya şirkətlərinin biznes missiyası" seminarında Agentliyin nümayəndəsi Dmitri Kunakov bildirib.

D.Kunakov qeyd edib ki, layihələrin məbləği 1 mln. dollardan 170 mln. dollara qədər dəyişir: "Əsas sahələr kommunal və yol texnikasının istehsalı, kənd təsərrüfatı və dəmir yolu maşınqayırması, avtomobil istehsalı, elektronika, qida məhsulları və dərman preparatları sahələrini əhatə edir".

Qeyd edək ki, Agentliyin kənd təsərrüfatı məhsulları və dərman preparatlarının tədarükü üzrə 3 layihəyə dəstəyinin ümumi məbləği 16 mln. dollar təşkil edir. Azərbaycan şirkətləri üçün yeni imkanlardan danışan təşkilat rəsmisi əlavə edib ki, Agentlik azərbaycanlı iş adamlarına bank xidmətləri, müqavilə üzrə şərtlərin yaxşılaşdırılması, Rusiya və beynəlxalq maliyyələşməyə çıxış, maliyyələşmənin dəyərinin azaldılması və maliyyələşdirmənin müddətinin artırılması, rusiyalı tədarükçülər üçün risklərin azaldılması hesabına satış həcminin artırılması, iri beynəlxalq layihələrdə azərbaycanlı həmkarları ilə iştirak edən ixraçatçıların dəstəklənməsi, habelə Rusiyada qeydiyyatdan keçmiş və ixrac tədarükləri həyata keçirən Azərbaycan müəssisələrinin törəmə qurumlarının dəstəklənməsi sahələrində geniş əməkdaşlıq imkanları təklif edir.

Son xəbərlər

Orphus sistemi