Rusiya 2017-ci il büdcəsinin bazasına neftin qiymətini 40 dollardan daxil edəcək

Rusiya 2017-ci il büdcəsinin bazasına neftin qiymətini 40 dollardan daxil edəcək Dövlət şirkətlərinin dividend ödənişlərinin 50% olması qərarlaşdırılıb
Maliyyə
3 Sentyabr , 2016 13:15
Rusiya 2017-ci il büdcəsinin bazasına neftin qiymətini 40 dollardan daxil edəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiya hökuməti 2017-ci il üçün dövlət büdcəsinin layihəsini neftin baza qiyməti 40 dollar/barel səviyyəsində nəzərə alınmaqla tərtib etməyə hazırlaşır. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç tərəfindən verilib. Onun sözlərinə görə, hökumətin neft qiymətlərinin proqnozlarında hələlik heç bir dəyişiklik etmək fikri yoxdur. Baş nazirin müavini büdcənin konservativ planlaşdırılacağını bəyan edib. Qeyd edək ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi "baza proqnoz"unda neft qiymətlərini 2017-2019-cu illər üçün 40 dollar/barel səviyyəsində proqnozlaşdırsa da, "baza+" variantında 2017-ci il üçün bu göstərici 50 dollar, 2018-2019-cu illər üçün isə 55 dollar nəzərdə tutub.

Dövlət şirkətlərinin dividend ödənişlərinə toxunan A.Dvorkoviç ödənişlərin 50% səviyyəsində formalaşmasını məqsədəuyğun sayır. Lakin bu il olduğu kimi, gələn il də şəraitə uyğun olaraq istisnaların olması mümkündür. Bir sıra dövlət şirkətlərinin özəlləşdirilməsinin büdcəyə təsirindən danışan A.Dvorkoviç "Rosneft" istisna olmaqla, digər şirkətlərin özəlləşməsinin büdcəyə mənfi təsirinin olmayacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi