Palata sədri: “Standard İnsurance”in vəziyyəti nəzərdən keçiriləcək

Palata sədri: “Standard İnsurance”in vəziyyəti nəzərdən keçiriləcək "Bankın bağlanmas hələ sığorta şirkətinin də bağlanması demək deyil"
Maliyyə
30 Sentyabr , 2016 19:27
Palata sədri: “Standard İnsurance”in vəziyyəti nəzərdən keçiriləcək

Bakı. 30 sentyabr. REPORTAZ/ “Bank Standard” QSC ilə bağlılığı olan “Standard İnsurance” Sığorta Şirkəti ASC-nin vəziyyəti yaranmış yeni şəraitdə nəzərdən keçiriləcək".

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Standard İnsurance”in öhdəliklərinin zəmanətçisi olan sığorta ehtiyatlarının bir qismi “Bank Standard”da depozit kimi yerləşdirilib, bu baxımdan sığorta şirkətinin vəziyyəti qiymətləndirilməlidir.

“Bankın bağlanması hələ sığorta şirkətinin də bağlanması demək deyil. Amma bundan sonra “Standard İnsurance”in rəhbərliyi bazarda “Bank Standard”sız qalmasına imkan verən strategiya üzərində düşünməli, biznesə baxışları dəyişməlidir. Ümidvarıq ki, şirkət yeni vəziyyətə uyğun strategiyanı bizə təqdim edəcək”. 

Son xəbərlər

Orphus sistemi