Rüfət Aslanlı: "Likvidlik problemi ilə üzləşən banklara maliyyə yardımı göstəriləcək"

Rüfət Aslanlı: "Likvidlik problemi ilə üzləşən banklara maliyyə yardımı göstəriləcək" Qısamüddətli likvidliklə üzləşən banklarla bağlı proqram hazırlanıb
Maliyyə
10 May , 2016 10:09
Rüfət Aslanlı: Likvidlik problemi ilə üzləşən banklara maliyyə yardımı göstəriləcək

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən hər hansı kommersiya bankının likvidliklə bağlı problemi yaranarsa, dövlətin bu problemin həlli üçün kifayət qədər maliyyə resursları mövcuddur.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib: "Qısamüddətli likvidliklə əlaqəli problemlə üzləşən banklarla bağlı ayrıca proqramımız var". 

R.Aslanlının sözlərinə görə, dövlət belə banklara yardım edə bilər: "Bank Standard"da müəyyən problemlər yarandığı üçün Banka yardım etmək qərarına gəldik. Bu, həmçinin digər banklar üçün də mümkündür. Düzdür, digər banklarda belə bir şey gözləmirik. Lakin, əgər hər hansı bir hal baş verərsə, onların likvidlik problemini həll etmək üçün kifayət qədər resurs var".

Palatanın rəhbəri bildirib ki, "Bank Standard"ın sağlamlaşdırılması üçün müvəqqəti inzibatçı təyin edilib. Onun sözlərinə görə, sosial ödənişlər çıxılmaqla digər ödənişlərə moratorium elan edilib: "Bank Standard" bağlanmayıb. Sadəcə, moratorium elan edilib. Müvəqqəti olaraq bankın idarəetməsini dövlət öz üzərinə götürüb".

Son xəbərlər

Orphus sistemi