​Rüfət Aslanlı: "Bağlanmış bankların sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə vermədi"

​Rüfət Aslanlı: "Bağlanmış bankların sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə vermədi" Onun sözlərinə görə, hazırda qalan banklar normal rejimdə fəaliyyət göstərirlər və bank sektorunda ciddi problem yoxdur
Maliyyə
22 İyul , 2016 10:06
​Rüfət Aslanlı: Bağlanmış bankların sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə vermədi

Bakı. 22 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə verməyib. “Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, hazırda qalan banklar normal rejimdə fəaliyyət göstərirlər və bank sektorunda ciddi problem yoxdur: “Hətta bağlamış 4 bankın belə, fəaliyyətində son günə qədər hər hansı problem müşahidə olunmurdu. Çünki biz bu banklarda olan problemlərin bütün sektora keçməsinə, iqtisadi proseslərə təsir etməsinə imkan vermədik”. 

Son xəbərlər

Orphus sistemi