"Rəvan Sığorta"nın yığımları 37% azalıb

"Rəvan Sığorta"nın yığımları 37% azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
15 Sentyabr , 2016 16:20
Rəvan Sığortanın yığımları 37% azalıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "Rəvan Sığorta" ASC-nin yığımları 764 758 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,64% azdır.

Hesabat dövründə "Rəvan Sığorta" ASC-nin ödənişləri də azalıb. Belə ki, Şirkət 8 ay ərzində 549 372 manat ödəniş edib və bu, illik müqayisədə 30,26% azdır.

Cari ilin yanvar-avqust aylarında "Rəvan Sığorta" topladığı hər 100 manat sığorta haqqının 71,84 manatını müştərilərə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-avqustunda 65,26% olub.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi