​"Rəvan Sığorta"nın yığımları 30% azalıb

​"Rəvan Sığorta"nın yığımları 30% azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
21 İyul , 2016 16:29
​Rəvan Sığortanın yığımları 30% azalıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında "Rəvan Sığorta" ASC-nin yığımları 631 452 manat təşkil edib.

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,87% azdır.

Hesabat dövründə "Rəvan Sığorta"nın ödənişləri də azalıb. Belə ki, Şirkət 6 ay ərzində 432 321 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 26,05% azdır.

2016-cı ilin yanvar-iyununda "Rəvan Sığorta" topladığı hər 100 manat sığorta haqqının 68,46 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 64,93% olub.

"Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən reberendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "Nurgün" Şirkətlər Qrupuna məxsusdur. 

Son xəbərlər

Orphus sistemi