"Rəvan Sığorta"da struktur dəyişiklikləri olub

"Rəvan Sığorta"da struktur dəyişiklikləri olub Şirkətdə yeni departament yaradılıb
Maliyyə
9 Sentyabr , 2016 10:12
Rəvan Sığortada struktur dəyişiklikləri olub

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Rəvan Sığorta" ASC-də struktur dəyişiklikləri həyata keçirilib. Bu barədə "Report" Şirkətə istinadən xəbər verir.

Məlumata görə, "Rəvan Sığorta"nın səhmdarlarının qərarı ilə Şirkətin hüquq və insan resurslarının idarə olunması şöbələri birləşdirilib. Onların bazasında Hüquq və insan resurslarının idarə olunması Departamenti yaradılıb. 

Bundan başqa, "Rəvan Sığorta"nın korporativ müştəri cəlbi və agent şəbəkəsinin təşkili şöbəsinin səlahiyyətləri Satış və marketinq Departamentinə verilib.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi