"Report": Sabaha rəsmi məzənnə 1,64 AZN/USD səviyyəsindən aşağı enəcək

"Report": Sabaha rəsmi məzənnə 1,64 AZN/USD səviyyəsindən aşağı enəcək Bugünkü valyuta hərracında daha 150 mln. dollar satışa çıxarılacaq
Maliyyə
14 Mart , 2016 11:24
Report: Sabaha rəsmi məzənnə 1,64 AZN/USD səviyyəsindən aşağı enəcək

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün mütəmadi olaraq təşkil etdiyi növbəti valyuta hərracında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə 150 mln. ABŞ dolları həcmində vəsaiti satışa çıxaracağı gözlənilir. 

AMB-dən "Report"a verilən məlumata görə, keçən həftə valyuta hərraclarının həftəlik sayının 3-dən 2-dək azaldılması barədə mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil.

Qeyd edək ki, ABŞ dollarının bu gün, martın 14-nə rəsmi məzənnəsi 1,6411 AZN/USD-dir.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda kommersiya banklarının tələbi tam qarşılanacaq və dolların rəsmi məzənnəsi bir qədər də azalaraq 1,64 AZN/USD səviyyəsindən aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi