"Report": Sabah dolların rəsmi məzənnəsi bir qədər də enəcək

"Report": Sabah dolların rəsmi məzənnəsi bir qədər də enəcək Proqnoz: Mayın 18-nə rəsmi məzənnə 1,5018 AZN/USD olacaq
Maliyyə
17 May , 2016 15:24
Report: Sabah dolların rəsmi məzənnəsi bir qədər də enəcək

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının mayın 18-nə rəsmi məzənnəsini 1,5018 AZN/USD səviyyəsində təsdiq edəcəyi gözlənilir.

"Report"un məlumatına görə, bu, mayın 17-nə nisbətən məzənnənin 0,09% azalması deməkdir.

Xatırladaq ki, bu gün keçirilən valyuta hərracında satışa çıxarılan 50 mln. dolların 98%-i (49 mln. dollar) satılıb.

Qeyd edək ki, dolların bugünkü rəsmi məzənnəsi 1,5033 AZN/USD təşkil edir.

Son xəbərlər

Orphus sistemi