"Report": ​Qızılın qiyməti 1300 dollar/unsiyaya çata bilər

"Report": ​Qızılın qiyməti 1300 dollar/unsiyaya çata bilər Neqativ iqtisadi xəbərlər və FES-in passivliyi qızıla tələbatı artırır
Maliyyə
9 Fevral , 2016 11:17
Report: ​Qızılın qiyməti 1300 dollar/unsiyaya çata bilər

Bakı. 9 fevral. REPORT.AZ/ Qızılın qlobal xammal bazarlarında qiyməti yanvarın 29-dakı 1 108 dollar/unsiya səviyyəsindən artaraq dünən, fevralın 8-də 1 200 dollar/unsiyaya çatıb. Qızılın qiyməti dünya iqtisadiyyatı ilə bağlı gələn təhlükə siqnallarının artması fonunda ən etibarlı investisiya vasitəsi kimi tələbin artması nəticəsində son 8 iş günündə 8,3% və ya 92 dollar/unsiya artıb. Qeyd edək ki, son dəfə qızılın unsiyasının qiyməti 2015-ci il iyunun 19-da 1 200 dollar səviyyəsindən artıq olub. Qızıln bahalaşması hasilatçı şirkətlərin dünya fond birjalarında səhmlərinin qiymətinin kəskin artmasına səbəb olub.

"Report" xəbər verir ki, qızıla olan tələbin artması, dünya iqtisadiyyatında mənfi göstəricilərin açıqlanması, yaxın gələcəkdə müsbət dəyişikliyin gözlənilməməsi, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin artırılmasının ertələnməsi ehtimalı fonunda 2016-cı ilin əvvəlindən qiyməti 12% qaldırıb. ABŞ-dan gələn son iqtisadi göstəricilərin proqnozlaşdırılandan aşağı olması, dünya iqtisadiyyatında, xüsusilə də Çində ÜDM artımının yavaşlaması və fond indekslərinin kəskin azalması FES-in uçot dərəcəsini artırmaq qərarını bu il ərzində ertələyəcəyini göstərir. Hətta, bəzi investorlar FES-in Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəzi Bankı (BOJ) kimi mənfi faiz tətbiq edə biləcəyini ehtimal edirlər. Bu, həmçinin geosiyasi risklər qızılı alternativsiz investisiya alətinə çevirib.

"Report"un analitik qrupu qızılın qiymətinin ilkin olaraq 1 225 dollar/unsiya, daha sonra 1 300 dollar/unsiyaya qədər artacağını ehtimal edir. Ümumiyyətlə, FES uçot dərəcəsinin artırılmasını davam edərsə, bu, qızılın qiymətini orta müddətdə 800 dollar/unsiyaya qədər azalda bilər.

Son xəbərlər

Orphus sistemi