"Report": Geniş mənada pul kütləsinin artımı davam edəcək

"Report": Geniş mənada pul kütləsinin artımı davam edəcək AMB: Manatla geniş mənada pul kütləsinin həcmi 2% artıb
Maliyyə
11 Avqust , 2016 11:43
Report: Geniş mənada pul kütləsinin artımı davam edəcək

Bakı. 11 iyul . REPORT.AZ/ Azərbaycanda manatla geniş mənada pul kütləsinin həcmi (M2 pul aqreqatı) iyul ayının 1-nə 9 806,5 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə M2 aqreqatı 205,8 mln. manat və ya 2,14% artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə geniş mənada manatla pul kütləsinin həcmi 1 185,3 mln. manat və ya 10,78% azalıb. 

Ümumiyyətlə, M2-nin rekord səviyyəsi 2014-cü ilin noyabrında - 17 525,2 mln. manat, ilk devalvasiyadan etibarən minimal səviyyəsi isə bu ilin yanvarında - 8 001,7 mln. manat - qeydə alınıb. Son göstərici maksimal səviyyədən 7 718,7 mln. manat və ya 44,04% aşağı, devalvasiyadan sonrakı minimal səviyyədən isə 1 804,8 mln. manat və ya 22,55% artıqdır.

"Report"un analitik qrupu manatla geniş mənada pul kütləsinin AMB-nin sterilizasiya əməliyyatları fonunda azalacağını, dolların məzənnəsinin artması nəticəsində isə məcmu geniş mənada pul kütləsinin artacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi