​"Report": Dollar qısa müddətdə ucuzlaşacaq - PROQNOZ

​"Report": Dollar qısa müddətdə ucuzlaşacaq - PROQNOZ Azərbaycanda dolların məzənnəsi 1,0450 AZN/USD-yə düşə, avro isə 1,2750 AZN/EUR-a qədər bahalaşa bilər
Maliyyə
19 Mart , 2015 10:11
​Report: Dollar qısa müddətdə ucuzlaşacaq - PROQNOZ

Bakı. 19 mart. REPORT.AZ/ ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) Federal Açıq Bazar Komitəsinin (FOMC) ötən iki gündə keçirilən iclasının nəticələri dünən ictimaiyyətə açıqlanıb. FOMC-un uzun zamandır açıqlamalarında işlətdiyi uçot dərəcələrinin artırılması üçün "təmkinli olmalı" fikri dünənki bəyanatında əksini tapmayıb.

"Report"un məlumatında görə, investorlar ilkin olaraq bunu faiz dərəcələrinin qısa müddətdə artırıla biləcəyi kimi yozsalar da, FOMC faizləri artırmağa tələsmədiyini bildirib. Komitə ölkədə işsizlik göstəricilərinin cox müsbət olduğunu qeyd etsə də, iqtisadi artım və ona uyğun olaraq inflyasiya həddinin zəif olduğunu diqqətə çatdırıb. Aprel iclasında uçot dərəcəsinin artımının mümkün olmadığı, bunun, iqtisadı artım və inflyasiya templərinə uyğun olaraq iyun və ya sentyabr ayında baş verə biləcəyi ehtimal olunur. FOMC-un 17 üzvündən 15-i uçot dərəcəsinin bu il ərzində artacağını proqnozlaşdırır.

FOMC açıqlamalarında ÜDM-in artım tempinin bir qədər zəiflədiyini, lakin eyni zamanda iş yerlərinin sayının artdığını bildirib. İnflyasiyanın qısa müddətdə aşağı səviyyədə qalacağı, orta müddətdə 2% hədəfinə çatacağı güman edilir.

FES rəhbəri xanım Canet Yallen açıqlama verərək bildirib ki, bundan sonra iqtisadi göstəricilər yaxından izlənilməlidir: "Risklər tarazlandıqda biz, uçot dərəcəsini artıracağıq".

Nəticədə, yaxın 3 ayda faizlərin yüksəlməyəcəyini görən investorlar, onsuz da uzun zamandır digər valyutalara qarşı kəskin artan ABŞ dollarındakı mövqelərini bağlamağa başlayıblar. Nəticədə, dünən avronun dollara qarşı məzənnəsi bir neçə saat ərzində 3%-ə yaxın artıb.

"Report"un analtik qrupu əvvəlki kimi dolların ucuzlaşmasının qısa müddətdə davam edəcəyini, ilk olaraq 1,10 USD/EUR, daha sonra 1,22 USD/EUR səviyyəsinə qədər yüksələcəyini ehtimal edir.

Azərbaycanda isə dolların manata qarşı rəsmi məzənnəsinin 1,0450 AZN/USD səviyyəsindən aşağı düşməyəcəyi, avronun isə 1,2750 AZN/EUR-ya qədər artacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi