"Report": Çinin maliyyə bazarları yeni həftəyə neqativ trendlə başlayacaq

"Report": Çinin maliyyə bazarları yeni həftəyə neqativ trendlə başlayacaq ​Çin Mərkəzi Bankı isə yuanın növbəti devalvasiyası ilə bağlı ehtimalları təkzib edir
Maliyyə
13 Fevral , 2016 16:45
Report: Çinin maliyyə bazarları yeni həftəyə neqativ trendlə başlayacaq

Bakı. 13 fevral. REPORT.AZ/ Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) milli valyuta - yuanın devalvasiyasının davam etməsi üçün hazırda heç bir əsasın olmadığını bəyan edib. Bunu bu gün ÇXB rəsmisi Jou Xiaoçuan bildirib. 

O, qeyd edib ki, tədiyyə balansının müsbət, kapital axınının normal olması və valyuta məzənnəsinin valyuta səbəti ilə müqayisədə stabil qalması devalvasiyanın əsasının olmadığını göstərir. Bank rəsmisi, həmçinin bildirib ki, kapital axınının nəzarətə götürülməsi iddiaları da Çinin qısa müddətdə güclü valyuta rezervlərinə sahib olduğu halda, əsassızdır.

Qeyd edək ki, Çin maliyyə bazarları bir həftəlik bayram fasiləsindən sonra bazar ertəsi, fevralın 15-də işini davam etdirəcək. Bu həftə qlobal maliyyə bazarlarında baş verən çalxanmanın Çin fond birjalarına və yuana necə təsir edəcəyi qeyri-müəyyəndir. Məzrkəzi bankın bugünkü bəyanatının da məhz bazarda inamın yaradılması üçün verildiyi bildirilir.

ÇXB-dən verilən məlumata əsasən ölkənin valyuta ehtiyatları bu ilin yanvarında 99,5 mlrd. dollar azalaraq 3,23 trln. dollara enib. Ötən il isə valyuta ehtiyatları 500 mlrd. dollardan çox azalıb. "Report"un analitik qrupu Çin maliyyə bazarlarının fevralın 15-də neqativ istiqamətdə işə başlayacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi