"Rabitəbank"ın mənfəəti kəskin azalıb

"Rabitəbank"ın mənfəəti kəskin azalıb Gəlirləri zəifləyən Bank xərclərini 18% azaldıb
Maliyyə
20 Aprel , 2016 12:57
Rabitəbankın mənfəəti kəskin azalıb

Bakı. 20 aprel. REPORT.AZ/ "Rabitəbank" ASC cari ilin birinci rübündə 12 min manat mənfəət əldə edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 83 dəfə azalma deməkdir. Ötən ilin birinci rübündə mənfəət 998 min manat olub.

Bankın gəlirləri 2016-cı ilin I rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,4% azalaraq 11 143 min manata, xərcləri isə 17,8% azalaraq 11 131 min manata enib.

Faiz gəlirləri 13,6% azalaraq 8 555 min manat, qeyri-faiz gəlirləri 44,2% azalaraq 2 587 min manat təşkil edib. Eyni zamanda, Bankın faiz xərcləri 32,7% artaraq 4 867 min manat, qeyri-faiz xərcləri 36,6% azalaraq 6 264 min manat olub.

Son xəbərlər

Orphus sistemi