Bakı. 28 iyul. REPORT.AZ/ Cari ilin ilk yarısında "Rabitəbank" ASC-də yerləşdirilən depozitlərin həcmi 40% artaraq iyulun 1-nə 239 mln. manat, məcmu kapitalı 7%-dək artaraq 63 mln. manat, aktivləri 6% artaraq 340 mln. manat təşkil edib.
"Report"un banka istinadən verdiyi xəbərə görə, bu göstəricilərlə yanaşı, bank ilk iki rübü 2,41 mln. manat mənfəətlə yekunlaşdıra bilib.
Qeyd edək ki, 1993-cü ildə fəaliyyətə başlayan "Rabitəbank" ASC hazırda ölkənin əksər regionlarında fəaliyyət göstərən 2 şöbə və 22 filial şəbəkəsi vasitəsilə 60 min nəfərə yaxın aktiv müştəriyə müxtəlif növ kreditlər, geniş çeşiddə plastik kartlar, əmanətlər, sürətli pul köçürmələri və digər maliyyə xidmətləri təqdim edir.