​"Rabitəbank" dollarla krediti olan müştərilərə güzəşt edib

​"Rabitəbank" dollarla krediti olan müştərilərə güzəşt edib Bank kredit müddətinin uzadılması və kredit üzrə 2%-dək güzəşt təklif edir
Maliyyə
6 Mart , 2015 13:56
​Rabitəbank dollarla krediti olan müştərilərə güzəşt edib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın "Rabitəbank" ASC istehlak və mikrokrediti dollarda olan, ödənişlərdə çətinlik çəkən müştərilərinə kredit müddətinin uzadılması və kredit üzrə 2%-dək güzəşt edilməsi imkanı yaradıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, dollarla kredit götürən müştərilərin ödənişlərində çətinliklərin qarşısını almaq üçün tətbiq edilən yeni ödəniş müddəti və ödəniş cədvəli ödəniş məbləğinin manat ekvivalenti ilə əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq.

Bu güzəştdən faydalanmaq üçün krediti dollarda olan müştərilər kredit aldıqları “Rabitəbank” filiallarına müraciət etməlidir.

Son xəbərlər

Orphus sistemi