"Rabitəbank"da problemli kreditlərin həcmi artıb

"Rabitəbank"da problemli kreditlərin həcmi artıb Bankın kredit portfeli azalıb, depozit portfeli isə artıb
Maliyyə
28 Aprel , 2016 09:14
Rabitəbankda problemli kreditlərin həcmi artıb

Bakı. 28 aprel. REPORT.AZ/ "Rabitəbank" ASC-nin aktivləri illik müqayisədə 32,8% artaraq 2016-cı il aprelin 1-nə 428,161 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit portfelində isə bu müddətdə azalma müşahidə olunub. Kredit portfeli 9,8% azalaraq 208,967 mln. manata enib. Portfelin 85,822 mln. manatı xarici valyuta, 123,145 mln. manatı isə milli valyutada verilib. İstehlak kreditləşməsi bu müddətdə 0,9% artaraq 85,203 mln. manat təşkil edib.

Cari il aprelin 1-nə kredit portfelinin 6,1%-nin və ya 12,718 mln. manatının ödəniş vaxtı keçib. Problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisində isə artım qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövründə bu kateqoriyaya aid kreditlərin payı 4,8% (11,114 mln. manat) olub.

Qiymətli kağızlara yatırılan investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5% artaraq 12,645 mln. manata yüksəlib.

"Rabitəbank"ın depozit portfeli 34% artaraq 285,271 mln. manata çatıb. Bunun da 81%-i və ya 230,982 mln. manatı xarici valyutada yerləşdirilib. 

Cari il aprelin 1-nə Bankın nizamnamə kapitalı 48,5 mln. manat, məcmu kapitalı 64,109 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi