"Rabitəbank"a yeni baş direktor təyin olunub

"Rabitəbank"a yeni baş direktor təyin olunub Bu vəzifəyə Eldar Ağayev təyin edilib
Maliyyə
5 Yanvar , 2016 13:46
Rabitəbanka yeni baş direktor təyin olunub

Bakı. 5 yanvar. REPORT.AZ/ "Rabitəbank" ASC-yə yeni baş direktor təyin olunub. Bankın baş direktorları siyahısına qoşulan Eldar Ağayev artıq bu gündən vəzifəsinin icrasına başlayıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, E.Ağayev bundan əvvəl bankın İdarə Heyətində yer alıb və sədr müavini olub.

Qeyd edək ki, hazırda İdarə Heyətinin sədri Elçin Qədimovdur. Vəzifədən ayrılan hər iki sədr müavinlərinin yerinə isə hələ yeni təyinat yoxdur. Digər baş direktorlar Arif Zeynalov, Seyran Nuriyev, Ceyhun İbrahimov, Ziya Nuriyev və Aydın Hüseynovdur. Müşahidə Şurası isə sədr Zakir Nuriyev və üzvlər Kamal Mədətov və Aslan Xasıyevdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi