Dünya üzrə qlobal infrastruktur xərcləri azalıb

Dünya üzrə qlobal infrastruktur xərcləri azalıb Çin infrastruktur xərclərində liderdir
Maliyyə
16 İyun , 2016 20:56
Dünya üzrə qlobal infrastruktur xərcləri azalıb

Bakı. 16 iyun. REPORT.AZ/ Qlobal infrastruktur xərcləri gözlənilən iqtisadi artım tempinin sabit saxlanılması üçün 32% artırılmalıdır. 

"Report" xəbər verir ki, bu barədə "McKinsey Global İnstitute" dünya infrastrukturun inkişafına dair bu il iyunun 15-də açıqladığı hesabatında məlumat verilib. 

Araşdırma şirkətinin hesabatında qeyd olunub ki, hazırda illik 2,5 trln. ABŞ dolları olan infrastruktur xərcləri 3.3 trln. dollara qaldırılmalıdır. Hesabatda Çinin infrastruktur xərclərinin Şimali Amerika və Qərbi Avropanın birlikdə xərclərindən artıq olduğu bildirilib. Belə ki, Çinin 2013-cü il yekununda bu qəbildən olan xərcləri 829 mlrd. dollar, Şimali Amerika 448 mlrd, Qərbi Avropada isə 335 mlrd. dollar təşkil edib.

Hesabatda bildirilib ki, gözlənilən iqtisadi artım tempinin sabit tutulması üçün 2016-2030-cu illərdə infrastruktur xərcləri ÜDM-nin 3,8%-nə və ya 3,3 trln. ABŞ dollarına bərabər olmalıdır. 

Statistikaya əsasən, 1992-2013-cü illərdə Çin infrastruktura ÜDM-nin 8,6%-ni, Hindistan 4,9%, Ş.Avropa 4,1%, Afrika 3,1%, ABŞ və Kanada 2,5%, Q.Avropa 2,5% və Latın Amerikası 2,4%-ni xərcləyir. 2008-2013-xü illərdə infrastruktur xərcləri ABŞ, Britaniya, İtaliya, Avstraliya, C.Koreya, Braziliya, Hindistan, Rusiya, Meksika və S.Ərəbistanında azalıb, əksinə Yaponiya, Almaniya, Fransa, Kanada, CAR, Türkiyə və Çində artıb.

Xatırladaq ki, Çin Nəqliyyat Nazirliyi ilə İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi üç il ərzində 4,7 trln. yuan (722 mlrd. ABŞ dolları) həcmində vəsaitin nəqliyyat infrastrukturuna yatırılmasına qərar verib. Bu vəsait Çinin 2015-ci il ÜDM-nin 6,9%-nə bərabər olub 303 layihəni əhatə edir.

Son xəbərlər

Orphus sistemi