Qızılın qiyməti 1100 dollar/unsiyaya çatıb

Qızılın qiyməti 1100 dollar/unsiyaya çatıb Avronun dollara qarşı məzənnəsi də artmağa başlayıb
Maliyyə
7 Yanvar , 2016 09:24
Qızılın qiyməti 1100 dollar/unsiyaya çatıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,47% ucuzlaşaraq 16 906,51 bənd, S&P 500 1,31% geriləyərək 1 990,26 bənd, Nasdaq isə 1,14% azalaraq 4 835,77 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,04% ucuzlaşaraq 6 073,38 bənd, Fransa CAC-40-ı 1,26% azalaraq 4 480,47 bənd, Almaniya DAX-ı isə 0,93% geriləyərək 10 214,02 bənd olub.

Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 20,38 ABŞ dolları və ya 1,90% bahalaşaraq 1 099,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0824 (+0,72%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi