Qızılın qiyməti 1 300 dollar/unsiyadan aşağı düşüb

Qızılın qiyməti 1 300 dollar/unsiyadan aşağı düşüb Qızılın qiymətinin ilin sonuna qədər 1 150 dollar/unsiyaya düşməsi proqnozlaşdırılır
Maliyyə
4 Oktyabr , 2016 16:55
Qızılın qiyməti 1 300 dollar/unsiyadan aşağı düşüb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti ardıcıl 6 gün ərzində davam edən azalma nəticəsində 1 300 dollar/unsiya həddindən aşağı düşüb. "Report" xəbər verir ki, bu, iyunun 24-də "Brexit" səsverməsindən sonra qeydə alınan ən aşağı qiymətdir. Xatırladaq ki, iyunun 24-də qızılın unsiyasının qiyməti riskli aktivlərdən qaçan investorların tələbi ilə bir gündə 102 dollar və ya 8,1% artaraq 1 253 dollardan 1 355 dollara yüksəlib.

"Report" xəbər verir ki, qızılın qiymətinin düşməsinə səbəb ABŞ-da yüksək istehsal göstəriciləri fonunda ilin sonuna qədər FES-in uçot dərəcəsini artırması ilə əlaqədardır. Belə ki, uçot dərəcəsinin artırılması investorları öz kapitallarını qızıl kimi konservativ maliyyə alətlərindən ABŞ dövlət istiqrazlarına dəyişməsi səbəbi təşkil edir. Hazırda qızılın unsiyasının qiyməti 1 297 dollara bərabərdir və bu, ilin əvvəlindən 240 dollar və ya 22,6% çoxdur. 

"Report"un analitik qrupu qızılın qiymətinin 1 150 dollar/unsiyaya qədər azala biləcəyini ehtimal edir. Uzunmüddətli perspektivdə isə qiymətli metala yüksək tələb olan ölkələrdə əhalinin real gəlirlərinin azalması fonunda qızılın qiymətinin 900 dollar/unsiyaya qədər azalması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi